Ukrayna hərbçiləri Rusiyanın istifadə etdiyi İran istehsalı 24 dronu məhv edib

Ukrayna hərbçiləri Rusiyanın istifadə etdiyi İran istehsalı 24 dronu məhv edib
# 26 yanvar 2023 10:26 (UTC +04:00)

Bu gecə ərzində Ukrayna hərbçiləri Rusiyanın Ukrayna ərazisinə hücum etmək üçün istifadə etdiyi İran istehsalı olan 24 kamikadze-dronun hamısını məhv edib.

APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığı “Facebook” səhifəsində məlumat verib.

“Yanvarın 26-na keçən gecə Rusiya işğalçıları İran istehsalı olan “Şahed-136/131” kamikadze pilotsuz uçuş aparatları ilə Ukraynaya hücum ediblər”, - məlumatda bildirilib.

Hücum PUA-larının Azov dənizinin şərq sahilindən atıldığı qeyd olunub.

Qeyd olunub ki, 24 PUA-nın hamısı Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə bölmələri, döyüş təyyarələri, Hərbi Hava Qüvvələrinin mobil atəş qrupları tərəfindən məhv edilib.

Hərbi Hava Qüvvələri Komandanlığı əlavə edib ki, kamikadze-dronların böyük hissəsi ölkənin mərkəzində - "Mərkəz" hava komandanlığının məsuliyyət zonasında məhv edilib.

Kiyev şəhər hərbi administrasiyası isə bildirib ki, dronların 15-i Kiyev səmasında zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR