Ukrayna hərbi rəhbərlərinə sui-qəsd planlaşdıran killerlər saxlanılıb

Reznikov, Budanov

© APA | Reznikov, Budanov

# 08 avqust 2022 18:12 (UTC +04:00)

Ukrayna Təhlükəsizlik Xidməti müdafiə naziri Aleksey Reznikov və Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanova qarşı sui-qəsd planlaşdıran killerləri saxlayıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin saytında yayımlanmış məlumatda bildirilib.

Qeyd olunub ki, qurumun əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində Ukrayna hərbi-siyasi rəhbərliyinə qarşı sui-qəsd planlaşdıran Rusiya kəşfiyyatçılarından ibarət təxribat və müşahidə qrupu zərərsizləşdirilib.

Vurğulanıb ki, qrupun tapşırığı Reznikov və Budanovla yanaşı, tanınmış ukraynalı aktivistin qətlə yetirilməsi olub. Məlumatda o da qeyd olunub ki, qrup üzvlərinə hər qətlə görə 100-150 min ABŞ dolları ödəniləcəyi vəd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR