Ukrayna Kaxovka SES-lə bağlı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edib

Ukrayna Kaxovka SES-lə bağlı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edib
# 07 iyun 2023 17:12 (UTC +04:00)

Ukrayna Baş Prokurorluğu Kaxovka su elekrik stansiyasının (SES) dağıdılması ilə bağlı Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) müraciət göndərib.

APA xəbər verir ki, bu barədə Ukrayna Baş prokurorunun müşaviri Maksim Popov bildirib.

Popovun sözlərinə görə, Ukraynanın Baş prokuroru Andrey Kostin Kaxovka SES-lə bağlı BCM-ə müraciət göndərib və baş vermiş hadisə ilə bağlı ilkin məlumatları təqdim edib.

Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski rəsmi Kiyevin Kaxovka SES-in dağıdılması ilə əlaqədar Moskvaya qarşı BCM-də iddia qaldıracağını deyib.

Zelenskinin sözlərinə görə, rəsmi Kiyev tərəfindən SES ətrafında yaranmış vəziyyət ekosid kimi qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR