Ukrayna Kuril adaları məsələsində Yaponiyanı dəstəkləyib

Ukrayna Kuril adaları məsələsində Yaponiyanı dəstəkləyib
# 07 oktyabr 2022 18:13 (UTC +04:00)

Ukrayna Ali Radası Yaponiyanı Kuril adaları məsələsində dəstəklədiyini bildirib.

APA “Unian”a istinadən xəbər verir ki, Ali Rada “Yaponiyanın şimal ərazilərinə dair beynəlxalq ictimaiyyətə müraciət” haqda fərman verib və 287 deputat bunun lehinə səs verib.

“Ukrayna Ali Radası Yaponiyanın şimal əraziləri barədə mövqeyini dəstəkləyir”, - sənədin mətnində deyilir.

Eyni zamanda, rəsmi Kiyev beynəlxalq ictimaiyyəti Yaponiyanın mövqeyini dəstəkləməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR