Ukrayna Luqansk vilayətində yalnız 2 yaşayış məntəqəsinə nəzarət edir

Ukrayna Luqansk vilayətində yalnız 2 yaşayış məntəqəsinə nəzarət edir
# 06 iyul 2022 13:46 (UTC +04:00)

Rusiya Ukraynanın Luqansk vilayətini demək olar tam ələ keçirib.

APA “Unian.net”ə istinadən xəbər verir ki, bu barədə Luqansk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Hayday keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, iki yaşayış məntəqəsində döyüşlər hələ də davam edir, bu baxımdan Rusiyanın hələ də Luqanskın administrativ sərhədlərinə tam çıxdığını demək olmaz. “Onlar hələ də rayonun tam ələ keçirilməsinə çalışırlar, fasiləsiz atəş açırlar, onlar ağır itkilər veriblər və artıq nə qədər adam itirdiklərini saymırlar”, - deyə Hayday bildirib.

O əlavə edib ki, hazırda Luqanskdakı mülki əhalinin təxliyəsi üçün yeganə yol onların Rusiyaya, oradan isə digər ölkələrə keçməsindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR