Ukrayna “LXR” və DXR”-də referendumların təşkilatçılarına cinayət işi açıb

Ukrayna “LXR” və DXR”-də referendumların təşkilatçılarına cinayət işi açıb
# 26 sentyabr 2022 14:51 (UTC +04:00)

Qondarma “Donetsk Xalq Respublikası və “Luqansk Xalq Respublika”sının “Mərkəzi Seçki Komissiyalarının rəhbərləri” Vladimir Vısotski və Yelena Kravçenko barəsində cinayət işi başlanıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Yuxarıda adıçəkilən şəxslərlə yanaşı, “DXR İctimai Palata”sının rəhbəri Aleksandr Kofman və “LXR rəhbərinin məsləhətçisi” Marina Filipovaya qarşı da cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR