Ukrayna Macarıstandan üzr gözləyir, Orban futbolun siyasət olmadığını deyir

Ukrayna Macarıstandan üzr gözləyir, Orban futbolun siyasət olmadığını deyir
# 22 noyabr 2022 20:53 (UTC +04:00)

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Macarıstan Baş naziri Viktor Orbanın futbol yarışına Ukrayna ərazilərinin bir hissəsinin öz ölkəsinin ərazisi kimi göstərildiyi şərf geyinərək getməsinə etiraz edib.

APA Reuters agentliyinə istinadən xəbər verir ki, XİN məsələ ilə əlaqədar Macarıstan səfirinin çağırılacağını açıqlayıb.

Ukrayna mediasında paylaşılan görüntülərdə sözügedən şərfin üzərində “Böyük Macarıstan” kimi Ukrayna əraziləri ilə yanaşı Avstriya, Slovakiya, Rumıniya, Xorvatiya və Serbiya ərazilərinin təqdim edildiyi qeyd olunub.

“Macarıstanda revizionizm ideyalarının təbliği Ukrayna-Macarıstan əlaqələrinin inkişafına töhfə vermir və Avropa siyasətinin prinsiplərinə uyğun deyil”, - deyə Ukrayna XİN-in mətbuat katibi Oleq Nikolenko “Facebook”da bildirib.

O, Ukraynanın üzrxahlıq gözlədiyini və Macarıstanın Ukraynaya qarşı ərazi bütövlüyü iddialarını təkzib etməsini istədiyini qeyd edib.

Macarıstanın Baş naziri Orban isə “Facebook”dakı ünvansız paylaşımında futbolun siyasət olmadığını qeyd edib. O, Macarıstan milli komandasının harada yaşamasından asılı olmayaraq bütün macarlara aid olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR