Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sabiq katib müavini dövlətə xəyanətdə ittiham olunur

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sabiq katib müavini dövlətə xəyanətdə ittiham olunur
# 23 iyul 2022 16:43 (UTC +04:00)

Ukrayna Dövlət Təhqiqat Bürosu (DTB) Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibinin müavini Vladimir Sivkoviçi, o cümlədən Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) üç əməkdaşını dövlətə xəyanətdə ittiham edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Dövlət İstintaq Bürosunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Sivkoviç FTX-nın Ukraynada istintaq və təxribat fəaliyyəti ilə məşğul olmaq üçün yaratdığı təşkilatla əməkdaşlıq edib və Ukrayna ərazisində kəşfiyyat imkanlarına malik olan və FTX işçilərinə köməklik göstərə bilən şəxsləri gizli əməkdaşlığa cəlb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR