Ukrayna MN: Rusiya dənizlərə çıxışımızı kəsmək istəyir

Anna Malyar

© APA | Anna Malyar

# 02 may 2022 17:30 (UTC +04:00)

Rusiya Ukraynanın dənizlərə çıxışını məhdudlaşdırmağa çalışır.

APA xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

"Onların məqsədi Ukraynanı dənizlərə çıxışını kəsməkdir", - o deyib.

Nazir müavininin sözlərinə görə, Rusiya nəinki Donetsk və Luqansk vilayətlərini ələ keçirmək planlarından əl çəkmir, indi bunu Xarkov vilayətində və Xersonda etməyə çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR