Ukrayna MN Rusiyanın Soledarı ələ keçirməsini təsdiqləmir

Ukrayna MN Rusiyanın Soledarı ələ keçirməsini təsdiqləmir
# 13 yanvar 2023 16:15 (UTC +04:00)

Rusiya qüvvələrinin Soledar şəhərini ələ keçirməsi ilə bağlı Rusiya Müdafiə Nazirliyinin açıqlaması həqiqəti əks etdirmir.

APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun sözçüsü Serhiy Çerevatı "RBK-Ukraina"ya deyib.

“Xeyr. Bu doğru deyil, şəhərdə döyüşlər davam edir”, - o bildirib.

Ukraynalı rəsmi təhlükəsizlik səbəbindən detalları açıqlamayıb.

Xatırladaq ki, bu gün Rusiya Müdafiə Nazirliyi Soledarın ələ keçirildiyini bəyan edib. Lakin Ukrayna Müdafiə Nazirliyi şəhərdə şiddətli döyüşlərin davam etdiyini qeyd edərək, bu xəbəri təsdiqləmir. Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, yanvarın 13-nə keçən gecə Soledarda ağır döyüşlər gedib, lakin şəhər Ukrayna silahlı qüvvələrinin nəzarətində olub. Onun sözlərinə görə, Rusiya demək olar bütün əsas qüvvələri ilə Donetsk istiqamətindən intensiv hücum edib. Ancaq ukraynalı müdafiəçilər xətti saxlayırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR