Ukrayna ordusu 70-dən çox Rusiya əsgərini öldürüb, silah-sursat anbarını məhv edib

Ukrayna ordusu 70-dən çox Rusiya əsgərini öldürüb, silah-sursat anbarını məhv edib
# 19 avqust 2022 08:24 (UTC +04:00)

Ukrayna ordusu Cənub istiqamətində 73 Rusiya əsgərini və onların texnikasını məhv edib.

APA xəbər verir ki, bu barədə Cənub Əməliyyat Komandanlığı “Facebook”da məlumat yayıb.

Bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin aviasiyası Baştanski və Berislavski rayonlarında qarşı tərəfin canlı qüvvəsi, silah və texnikasının cəmləşdiyi ərazilərə 4 zərbə endirib.

Bildirilib ki, zərbələr nəticəsində üç tank, “S-300” hava hücumundan müdafiə sistemi üçün dörd buraxılış qurğusu və bir radar qurğusu, 5 ədəd zirehli texnika və avtomobil, bir sursat anbarı məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR