Ukrayna ordusu daha 300 dron əldə edib

Ukrayna ordusu daha 300 dron əldə edib
# 20 sentyabr 2022 02:39 (UTC +04:00)

“Metinvest” şirkəti Ukraynanın quru qoşunları və kəşfiyyatçılar üçün daha 300 PUA təchiz edib.

APA-nın UNİAN-a istinadla xəbərinə görə, dronların ümumi dəyəri 1,5 milyon dollara yaxındır.

Dronlar istilik siqnalları və optik zumla təchiz edildiyi üçün texnika və canlı qüvvəni sutkanın qaranlıq saatlarında da izləyə bilir.

Bu PUA-lar 10 km uça və 40 dəqiqə havada qala bilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR