Ukrayna ordusu İran istehsalı kamikadze dronu zərərsizləşdirib

Ukrayna ordusu İran istehsalı kamikadze dronu zərərsizləşdirib
# 23 sentyabr 2022 18:36 (UTC +04:00)

Rusiya Ukraynanın Odessa şəhərinə kamikadze dronlarından istifadə etməklə zərbələr endirib.

APA BBC-yə istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna ordusunun "Cənub" əməliyyat komandanlığı yayıb.

Bildirilib ki, kamikadze dronları şəhərə Qara dənizdən buraxılıb.

Qeyd olunub ki, zərbə nəticəsində 1 nəfər həlak olub, bundan başqa iki dron liman ərazisindəki inzibati binaya çırpılaraq yanğın törədib.

Məlumatda qeyd olunub ki, Ukrayna HHM qüvvələri bir ədəd İran istehsalı "Şahed-136" kamikadze dronunu dəniz üzərində vuraraq zərərsizləşdirib.

Kiyevin məlumatına görə, sözügedən dronları İrandan əldə edən Rusiya onu "Geran-2" adlandıraraq Ukraynadakı müharibədə istifadə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR