Ukrayna ordusu Rusiyanın 8 hava hədəfini vurub

Ukrayna ordusu Rusiyanın 8 hava hədəfini vurub
# 28 aprel 2022 07:58 (UTC +04:00)

Ukrayna Silahlı Qüvvələri Rusiyanın 8 hava hədəfini vurub.

APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

“Son sutka ərzində Ukrayna hərbçiləri 8 hava hədəfini vurub. Söhbət bir Rusiya təyyarəsindən (ehtimal ki, "Su-34"), bir qanadlı raketdən və 6 əməliyyat-taktiki PUA-dan gedir”,- deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR