Ukrayna ordusu Rusiyaya məxsus silah anbarı və bərəni məhv edib

 Ukrayna ordusu Rusiyaya məxsus silah anbarı və bərəni məhv edib
# 04 sentyabr 2022 07:18 (UTC +04:00)

Ukrayna ordusu Baştansk rayonunda Rusiyaya məxsus bərəni məhv edib.

APA xəbər verir ki, bu barədə Cənub Operativ komandanlığı məlumat yayıb.

Komandanlıq bildirir ki, son sutka ərzində Zelenodolska raket hücumu nəticəsində biri uşaq olmaqla 9 mülki şəxs həlak olub.

Hücumların qarşısı alınarkən Rusiyaya məxsus 9 tank, 1 haubitsa, 1YARS, 1 ədəd S-300 buraxılış qurğusu, 1 ədəd 152 mm-lik top və 18 hərbi avtomobil məhv edilib. Həmçinin Baştansk rayonunda 1 silah anbarı və 1 bərə məhv edilib, 152 Rusiya hərbçisi zərərsizləşdirilib.

Qara dənizdə fırtına olduğu üçün hərbi gəmilər sahilə yaxın ərazidə lövbər salır. Bunun nəticəsində bərəni vurmaq mümkün olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR