Ukrayna ordusu Rusiyaya məxsus silah anbarını məhv edib

Ukrayna ordusu Rusiyaya məxsus silah anbarını məhv edib
# 18 iyun 2022 07:22 (UTC +04:00)

Ukrayna ordusu ölkənin cənubunda Rusiya Silahlı qüvvələrinə məxsus silah anbarını raket zərbəsi ilə məhv edib.

APA UNİAN-a istinadla xəbər verir ki, bu barədə “Pivden” Operativ Komandanlığı məlumat yayıb.

Qeyd olunur ki, sutka ərzində qarşı tərəfin 57 nəfər canlı qüvvəsi və 18 texnika məhv edilib.

Məhv edilən texnikalar arasında 1 ədəd T-72 tankı, yedəkçi avtomobillər və artilleriya qurğuları yer alır.

Digər itkilər dəqiqləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR