Ukrayna ordusu Xarkov regionunun Kupyansk şəhərini azad edib - FOTO

Ukrayna ordusu Xarkov regionunun Kupyansk şəhərini azad edib - FOTO
# 10 sentyabr 2022 13:04 (UTC +04:00)

Ukrayna silahlı qüvvələri Xarkov regionunun şərqində yerləşən Kupyansk şəhərini işğaldan azad edib.

APA “Ukranews.com”a istinadən xəbər verir ki, bu barədə Xarkov Regional Şurası sədrinin müşaviri Natalia Popova “Facebook” hesabındakı paylaşımında bildirib.

“Kupyansk Ukraynadır. Yaşasın Ukrayna Ordusu!”, - o qeyd edib. Popova Kupyansk Şəhər Şurası binasının qarşısında dayanmış Ukrayna hərbçilərinin şəklini paylaşıb. Ukrayna Baş Qərargahı məsələ ilə bağlı rəsmi məlumat paylaşmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR