Ukrayna ordusu Xersonun Andreyevka kəndini azad edib

Ukrayna ordusu Xersonun Andreyevka kəndini azad edib
# 27 iyul 2022 08:47 (UTC +04:00)

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin Andreyevka kəndini azad edib.

APA-nın Ukrayna mətbuatına istinadən xəbərinə görə, məlumatı Cənub Əməliyyat Komandanlığı yayıb.

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri qırıcı və bombardmançı təyyarələrdən, həmçinin helikopterlərdən istifadə etməklə, Rusiya qüvvələrinin 4 dayaq nöqtəsinə zərbə endirib.

Nəticədə Andreyevka kəndi Rusiya qüvvələrindən azad olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR