Ukrayna parlamenti İstanbul Konvensiyasını ratifikasiya edib

Ukrayna parlamenti İstanbul Konvensiyasını ratifikasiya edib
# 20 iyun 2022 14:53 (UTC +04:00)

Ukrayna Ali Radası İstanbul Konvensiyasını ratifikasiya edib.

APA Unian.net-ə istinadən xəbər verir ki, bu barədə Maliyyə, vergilər və gömrük siyasəti komissiyasının sədr müavini Yaroslav Jeleznyak açıqlama verib.

O, qərarın lehinə 259, əleyhinə isə 8 deputatın səs verdiyini qeyd edib.

Qeyd edək ki, bu konvensiya Avropa Şurasının 11 may 2011-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilmiş toplantısında qəbul edilib. "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında" adlı konvensiya 1 avqust 2014-cü ildə isə qüvvəyə minib. Avropa Şurasına üzv olan 47 ölkədən 34-ü Konvensiyanı ratifikasiya edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR