Ukrayna parlamenti Pavel Klimkinin istefasını qəbul etməyib

Ukrayna parlamenti Pavel Klimkinin istefasını qəbul etməyib
# 11 iyul 2019 18:39 (UTC +04:00)

Ukrayna parlamenti xarici işlər naziri Pavel Klimkinin istefasını növbəti dəfə qəbul etməyib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ali Radanın bu gün keçirilən iclasında istefa layihəsini 160 deputat dəstəkləyib. İstefanın qəbuluna isə minimum 226 səs lazımdır.

Qeyd edək ki, P. Klimkin prezident Vladimir Zelenski səlahiyyətlərinin icrasına başlayandan sonra istefa verib və parlament seçkilərində iştirak edəcəyini açıqlayıb. Ukraynada növbədənkənar parlament seçkiləri iyulun 21-də baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR