Ukrayna, Polşa və Litva Kiyevə yardımın artırılması üzrə müqavilə imzalayıb

Litva / Polşa / Ukrayna

© APA | Litva / Polşa / Ukrayna

# 26 noyabr 2022 14:52 (UTC +04:00)

Ukrayna, Polşa və Litva Baş nazirləri rəsmi Kiyevə yardımın artırılması barədə müqavilə imzalayıblar.

APA xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Denis Şmıqal “Twitter”də bildirib.

“Lüblin üçbucağı” formatında baş tutan görüş zamanı Ukraynaya hərbi və maliyyə yardımının həcminin artırılması barədə razılığa gəlinib, həmçinin Ukraynanın NATO-ya və Avropa İttifaqına (Aİ) üzvlük məsələlərinin müzakirəsinin daha da aktivləşdirilməsi mövzusunda müzakirələr aparılıb.

Xatırladaq ki, “Lüblin üçbucağı” alyansında Litva, Polşa və Ukrayna birlikdə iştirak edir. Bu alyans 2020-ci ildə Lüblin şəhərində bu üç ölkənin XİN rəhbərlərinin "qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi" proqramı çərçivəsində keçirilən görüşü zamanı təsis edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR