Ukrayna Prezidenti Haluk Bayraktarı mükafatlandırıb

Ukrayna Prezidenti Haluk Bayraktarı mükafatlandırıb
# 10 sentyabr 2022 00:56 (UTC +04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin “Baykar” şirkətinin rəhbəri Haluk Bayraktarı qəbul edib.

APA-nın UNİAN-a istinadla məlumatına görə, görüşdə Ukraynada yeni zavodun tikintisinin təfərrüatları müzakirə edilib.

Görüşdə tərəflər PUA-ların istehsalında Ukrayna detallarından istifadə məsələsini də müzakirə ediblər.

Volodimir Zelenski Haluk Bayraktara 1-ci dərəcəli "Xidmətə görə" ordeni təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR