Ukrayna Prezidentinin Ofisi Selçuk Bayraktara  təşəkkür edib

Andrey Yermak

© APA | Andrey Yermak

# 28 iyun 2022 00:59 (UTC +04:00)

Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak Selçuk və Haluk Bayraktara təşəkkür edib.

APA xəbər verir ki, Andrey Yermak bu barədə "Twitter"də bildirib.

"Hər bir ukraynalı üçün “Bayraktar” əyilməz Ukrayna xalqının qələbəsinin simvoluna çevriləcək bir əfsanədir.

3 ədəd Bayraktar TB2” PUA-nı Ukraynaya pulsuz təhvil vermək qərarına görə “BaykarTech”ə, Selçuk Bayraktara və Haluk Bayraktara minnətdarıq", - Yermak bildirib.

Öz növbəsində Ukrayna XİN də “BaykarTech”ə təşəkkür edib. Bu barədə məlumat Ukrayna XİN-in "Twitter" səhifəsində türk dilində yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR