Ukrayna qüvvələri Xersonda 3 körpüyə zərbə endirib

Ukrayna qüvvələri Xersonda 3 körpüyə zərbə endirib
# 25 iyul 2022 17:14 (UTC +04:00)

Ukrayna qüvvələri Rusiyanın logistika imkanlarını məhdudlaşdırmaq məqsədi ilə Xersonda 3 körpüyə zərbə endirib.

APA-nın CNN-ə istinadən xəbərinə görə, bu barədə Xerson hərbi administrasiyasının fəaliyyətdə olan rəhbəri Dmitri Butriy bildirib.

Onun sözlərinə görə, Dnepr çayı üzərindəki iki körpü, həmçinin, bir qədər şimalda daha bir körpüyə zərbə endirilib.

Butriy bildirib ki, Ukrayna hərbçiləri düşmən anbarlarına və canlı qüvvəsinin cəmlənmə nöqtələrinə, eləcə də logistika zəncirinə olduqca dəqiq və effektiv zərbələr endirir.

Əlavə edib ki, Antonivski, Dariivski və Kaxovski körpülərinə zərbələrin endirilməsi ağır texnikanın və nəqliyyat vasitələrinin hərəkətinin olduqca mürəkkəbləşməsi anlamına gəlir.

"Onlar (Rusiya qüvvələri) bu körpüləri bərpa etməyə cəhd edirlər. Onların ponton keçidi təşkil etməyi planlaşdırmalarına dair məlumat var”, - deyə Butriy bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR