Ukrayna Rusiya ordusunun Zaporojyedə xeyli itki verdiyini açıqlayıb

Ukrayna Rusiya ordusunun Zaporojyedə xeyli itki verdiyini açıqlayıb
# 27 noyabr 2022 10:11 (UTC +04:00)

Son sutka ərzində Ukrayna hərbçiləri Zaporojye vilayətinə effektiv zərbələr endirib.

APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının noyabrın 27-də səhər saatlarına olan xülasəsində bildirilir.

Məlumata görə, Noyabrın 25-də Zaporojye vilayətinin Melitopol, Pologi və Mixaylovka yaşayış məntəqələri yaxınlığında Rusiya ordusu ciddi məğlubiyyətə məruz qalıb.

"Rusiya ordusunda 100-dən çox insan yaralanıb, 10-a yaxın müxtəlif təyinatlı hərbi texnika və 2 sursat anbarı məhv edilib", - Baş Qərargahdan bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR