Ukrayna: Rusiya Qara dənizdə taxıl ixracı üçün gəmilərin qeydiyyatını dayandırıb

Ukrayna: Rusiya Qara dənizdə taxıl ixracı üçün gəmilərin qeydiyyatını dayandırıb
# 02 iyun 2023 07:57 (UTC +04:00)

BMT-nin vasitəçiliyi ilə Ukraynadan Qara dəniz vasitəsilə taxıl ixracına dair taxıl təşəbbüsü yenidən dayandırılıb, çünki Rusiya bütün Ukrayna limanlarında gəmilərin qeydiyyatına mane olub.

APA-nın məlumatına görə, bu barədə cümə axşamı Ukraynanın Yenidənqurma və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya tərəfi heç bir izahat vermədən Odessa vilayətinin Çernomorsk limanında yalnız bir gəmini yoxlama üçün qeydiyyata alıb. Taxıl Təşəbbüsünün digər tərəfləri - Ukrayna, Türkiyə və BMT isə 10 gəmini qeydiyyata alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR