Ukrayna Rusiyanın ələ keçirdiyi helikopteri Xersona qaytarıb

Ukrayna Rusiyanın ələ keçirdiyi helikopteri Xersona qaytarıb
# 12 noyabr 2022 02:55 (UTC +04:00)

Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun ələ keçirdiyi Mi-8 helikopterini Xerson hava limanına qaytarıb.

APA xəbər verir ki, videonu “Twitter” sosial şəbəkəsində hərbi bloqer “Special Kherson Cat” yayıb.

Əvvəllər bu helikopter Rusiya hərbçiləri tərəfindən ələ keçirilib və yenidən rənglənib. Helikopterin harada və hansı şəraitdə itdiyi məlum deyil.

Bundan əlavə, son sutka ərzində Ukrayna Silahlı Qüvvələri Enerqodar yaxınlığında və Xerson vilayətinin Krasnıy Mayak kəndində 80-dən çox rus əsgərini zərərsizləşdirib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, gün ərzində Ukrayna aviasiyası Rusiya ordusunun toplaşma məntəqələrinə beş zərbə endirib.

“Hazırda onlar komanda məntəqəsini, canlı qüvvə, silah və hərbi texnikanın cəmləşdiyi iki ərazini, iki sursat anbarını və digər üç mühüm hərbi obyekti vurub, həmçinin “Ka-52” helikopteri də məhv edilib.

Müdafiə Qüvvələrinin Rusiya qoşunlarının Xerson rayonunun Krasnı Mayak kəndindəki qərargahına endirdiyi dəqiq zərbələr nəticəsində 30-dan çox əsgər ölüb, 2 tank və 4 yük maşını sıradan çıxarılıb”, - Baş Qərargah qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR