Ukrayna Rusiyanın hərbi itkilərini açılqlayıb

Ukrayna Rusiyanın hərbi itkilərini açılqlayıb
# 25 may 2022 10:51 (UTC +04:00)

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.
APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının "Facebook" səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 1305 tankı, 3213 zirehli döyüş maşını, 606 artilleriya sistemi, 201 reaktiv yaylım atəşi sistemi, 93 havadan müdafiə sistemi, 206 hərbi təyyarəsi, 170 helikopteri, 2217 avtomobil texnikası və yanacaq çəni, 13 gəmi/kateri, 491 dronu, 44 xüsusi avadanlığı, 112 qanadlı raketi məhv edilib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya tərəfinin təxminən 29 450-yə qədər canlı qüvvəsini itirdiyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR