Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb
# 22 aprel 2022 10:50 (UTC +04:00)

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının "Facebook" səhifəsində bildirilib.

Bildirilib ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 838 tankı, 2162 zirehli döyüş maşını, 397 artilleriya sistemi, 138 reaktiv yaylım atəşi sistemi, 69 havadan müdafiə sistemi, 176 hərbi təyyarəsi, 153 helikopteri, 1523 avtomobil texnikası, 8 gəmi/kateri, 76 yanacaq çəni, 172 dronu, 4 OTRK/TRK/ mobil SRBM sistemi, 27 xüsusi avadanlığı məhv edilib.

Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 21 200-ə yaxın canlı qüvvəsini itirdiyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR