Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb
# 05 may 2022 11:57 (UTC +04:00)

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin "Facebook" səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 1 092 tankı, 2 651 zirehli döyüş maşını, 499 artilleriya sistemi, 169 reaktiv yaylım atəşi sistemi, 83 havadan müdafiə sistemi, 196 hərbi təyyarəsi, 155 helikopteri, 1 097 avtomobil texnikası, 10 gəmi/kateri, 312 dronu, 38 xüsusi avadanlığı, 87 qanadlı raketi məhv edilib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya tərəfinin təxminən 24 700-dən çox canlı qüvvəsini itirdiyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR