Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb
# 16 may 2022 12:00 (UTC +04:00)

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının "Facebook" səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 1 228 tankı, 2 974 zirehli döyüş maşını, 577 artilleriya sistemi, 195 reaktiv yaylım atəşi sistemi, 89 havadan müdafiə sistemi, 200 hərbi təyyarəsi, 165 helikopteri, 2 101 avtomobil texnikası və yanacaq çəni, 13 gəmi/kateri, 427 dronu, 42 xüsusi avadanlığı, 97 qanadlı raketi məhv edilib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya tərəfinin təxminən 27 700-dən çox canlı qüvvəsini itirdiyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR