Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb
# 04 iyun 2022 14:16 (UTC +04:00)

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin "Facebook" səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 1376 tankı, 3379 zirehli döyüş maşını, 680 artilleriya sistemi, 207 reaktiv yaylım atəşi sistemi, 95 havadan müdafiə sistemi, 210 hərbi təyyarəsi, 175 helikopteri, 2337 avtomobil texnikası və yanacaq çəni, 13 gəmi/kateri, 540 dronu, 52 xüsusi avadanlığı, 122 qanadlı raketi məhv edilib.

Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 31050-yə qədər canlı qüvvəsini itirdiyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR