Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb
# 07 iyun 2022 13:41 (UTC +04:00)

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin "Facebook" səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 1 390 tankı, 3 416 zirehli döyüş maşını, 694 artilleriya sistemi, 207 reaktiv yaylım atəşi sistemi, 96 havadan müdafiə sistemi, 212 hərbi təyyarəsi, 177 helikopteri, 2 405 avtomobil texnikası və yanacaq çəni, 13 gəmi/kateri, 553 dronu, 53 xüsusi avadanlığı, 125 qanadlı raketi məhv edilib.

Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 31 360-a qədər canlı qüvvəsini itirdiyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR