Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb
# 14 iyun 2022 10:49 (UTC +04:00)

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin "Facebook" səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 1434 tankı, 3503 zirehli döyüş maşını, 721 artilleriya sistemi, 229 reaktiv yaylım atəşi sistemi, 97 havadan müdafiə sistemi, 213 hərbi təyyarəsi, 179 helikopteri, 2473 avtomobil texnikası və yanacaq çəni, 13 gəmi/kateri, 588 dronu, 54 xüsusi avadanlığı, 125 qanadlı raketi məhv edilib.

Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 32 500-ə qədər canlı qüvvə itirdiyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR