Ukrayna Rusiyanın yeni itkilərini açıqlayıb, 1 gündə 650 canlı qüvvə məhv edilib

Ukrayna Rusiyanın yeni itkilərini açıqlayıb, 1 gündə 650 canlı qüvvə məhv edilib
# 29 yanvar 2023 10:56 (UTC +04:00)

Ukrayna hərbçiləri son gündə Rusiyanın daha 650 canlı qüvvəsini məhv edib.

APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı səhər hesabatında bildirir.

Məlumata görə, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan indiyədək 126 min 160 rus işğalçısı artıq məhv edilib.

Eyni zamanda bildirilir ki, Rusiyanın hərbi texnikası da məhv edilib: tanklar - 3197 (gündə +8 ədəd), zirehli texnika - 6366 (+22), artilleriya sistemləri - 2195 (+7), MLRS - 453, hava hücumundan müdafiə sistemləri - 221, təyyarə - 293, helikopterlər - 284, əməliyyat-taktiki səviyyəli PUA-lar - 1947, qanadlı raketlər - 796, gəmilər/qayıqlar - 18, avtomobil texnikası və tankerlər - 5037 (+10), xüsusi texnika - 199.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR