Ukrayna Saakaşvilinin üçüncü ölkəyə göndərilməsini təklif edib

Ukrayna Saakaşvilinin üçüncü ölkəyə göndərilməsini təklif edib
# 09 yanvar 2023 01:21 (UTC +04:00)

Ukrayna rəsmi olaraq Mixeil Saakaşvilini müalicə üçün Ukraynaya və ya hər hansı digər üçüncü ölkəyə köçürməyi təklif edir.

APA-nın xəbərinə görə, bunu Ukrayna Prezidentinin müşaviri Mixeil Podolyak Gürcüstanın İctimai Televiziyasına müsahibəsində bildirib.

Podolyak qeyd edib ki, Saakaşvilinin Ukraynaya transferi təklifi rəsmidir.

“Mən Mixeil Nikolayeviçə rəğbət bəsləyirəm. Ona hörmət edirəm, çünki o, tarixi ölçüyə malik şəxsiyyətdir. Bizim rəsmi mövqeyimiz ondan ibarətdir ki, Saakaşvilini müalicə üçün bizə transfer edək. Ukraynaya verilməsə, üçüncü ölkəyə, Avropa ölkələrinə müalicə üçün göndərilsin” – Podolyak vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR