Ukrayna səfiri Azərbaycan xalqını təbrik edib

Ukrayna səfiri Azərbaycan xalqını təbrik edib
# 31 dekabr 2022 19:29 (UTC +04:00)

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Azərbaycan xalqını təbrik edib.

APA-nın xəbərinə görə, bu barədə səfir “Facebook” səhifəsində paylaşım edib.

“Qardaş Azərbaycan xalqı, biz ukraynalılar köməyinizə, dəstəyinizə və həmrəyliyinizə görə sizə təşəkkür edirik! Qoy qarşıdan gələn 2023-cü il qəlblərinizə sevinc, evlərinizə harmoniya və ailə rahatlığı gətirsin, gözəl ölkənizdə daim sülh və firavanlıq hökm sürsün!”, - deyə səfir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR