Ukrayna Severodonetsk şəhərinin Rusiyanın nəzarətinə keçməsini təkzib edib

Ukrayna Severodonetsk şəhərinin Rusiyanın nəzarətinə keçməsini təkzib edib
# 29 may 2022 09:48 (UTC +04:00)

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Severodonetsk şəhərinin Rusiya Ordusunun nəzarətinə keçməsini təkzib edib.

APA-nın xəbərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda Rusiya qüvvələrinin artilleriya dəstəyi ilə Severodonetsk şəhərinə hücum etdiyi, döyüşlərin davam etdiyi bildirilir.

Luqansk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Qayday da şəhərdə Ukrayna bayrağının dalğalandığını, Rusiya hərbçilərinin yalnız “Mir” mehmanxanası ərazisinə nəzarət etdiyini açıqlayıb. Sergey Qayday döyüşlərin əraf kəndlərdə və Severodonetskin girişində davam getdiyini bildirib.

Qeyd edək ki, dünən Çeçenistan Respublikasının rəhbəri Ramazan Kadırov artıq Severodonetsk şəhərinin nəzarətə götürüldüyünü bəyan etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR