Ukrayna Silahlı Qüvvələrin Baş komandanı britaniyalı həmkarı ilə telefonla danışıb

Ukrayna Silahlı Qüvvələrin Baş komandanı britaniyalı həmkarı ilə telefonla danışıb
# 24 mart 2023 23:55 (UTC +04:00)

Ukrayna Silahlı Qüvvələrin Baş Komandanı Valeriy Zalujnı və Böyük Britaniyanın Müdafiə Qərargahının rəisi, admiral Toni Radakin arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Ukrayna Baş Komandalığı "Twitter" səhifəsində məlumat yayıb.

Zalujni bütün cəbhə xətti boyunca əməliyyat vəziyyəti barədə britaniyalı həmkarına məlumat verib.

O bildirib ki, Baxmut ən çətin istiqamətdir.

Eyni zamanda Müdafiə Qüvvələrinin böyük səyləri sayəsində vəziyyəti sabitləşdirmək olar.

Həmçinin Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi məsələsi müzakirə olunub. Tərəflər əməkdaşlığı inkişaf etdirmək və kommunikasiyanı saxlamaq barədə razılığa gəliblər.

"Mən admiral Radakinə dəstəyə görə minnətdaram. Tərəfdaşlarımızın köməyi sayəsində biz mübarizəmizə davam edirik və mütləq qalib gələcəyik", - deyə Zalujni bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR