Ukrayna Şimali Koreya ilə diplomatik əlaqələri kəsib

Ukrayna Şimali Koreya ilə diplomatik əlaqələri kəsib
# 13 iyul 2022 22:03 (UTC +04:00)

Ukrayna XİN Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə diplomatik əlaqələri kəsib.

APA-nın xəbərinə görə, buna Pxenyanın qondarma “DXR” və “LXR”i tanıması səbəb olub.

Ukrayna XİN bildirib ki, “qeyri-dost hərəkətə cavab olaraq KXDR-lə diplomatik əlaqələr kəsilir. Bu hərəkət Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə qəsd cəhdidir”.

Pxenyanda fəaliyyət göstərən beynəlxalq media qurumları isə hökumətin qondarma “DXR” və “LXR”i tanıması barədə məlumat yaymadığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR