Ukrayna son 3 ayda 1000-ə yaxın PUA əldə edib

Ukrayna son 3 ayda 1000-ə yaxın PUA əldə edib
# 04 oktyabr 2022 12:57 (UTC +04:00)

Ukraynanın Baş nazirinin müavini Mixail Fyodorov 3 ay ərzində rəsmi Kiyevin 1000 ədədə yaxın pilotsuz uçuş aparatı (PUA) əldə etdiyini deyib.

APA “Lenta.ru”ya istinadən xəbər verir ki, Fyodorov bu haqda məlumatı öz Telegram kanalında dərc edib.

Onun sözlərinə görə, Ukrayna 986 ədəd PUA əldə etmək üçün 52 milyon ABŞ dolları xərcləyib.

PUA-ların bir hissəsi ön cəbhədə döyüş tapşırıqlarını yerinə yetirmək üçün istifadə edilir.

Onların köməyi ilə Ukrayna Silahlı Qüvvələri kəşfiyyat aparır, qarşı tərəfin Hava Hücumundan Müdafiə (HHM) sistemlərini və nazik zirehli döyüş texnikasını məhv edir.

Penguin C-MIL Mk 2 UAS uçuş aparatları əldə olunmuş məlumatları şifrələnmiş rəqəmsal kanallar vasitəsilə ötürür.

Xatırladaq ki, Fyodorov daha öncə 20 ədəd “Warmate” zərbə PUA-sının alındığını bəyan etmişdi: “Monobank-ın köməyi ilə bir həftədən də az müddət ərzində 1.7 milyon ABŞ dolları toplanıb və NATO-ya üzv ölkələrin istifadə etdiyi “Warmate” zərbə PUA-larının 40 ədədi ordu sıralarına əlavə edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR