Ukrayna SQ Baş Qərargahı: Rusiya qoşunlarının üç komanda məntəqəsi məhv edilib

Ukrayna SQ Baş Qərargahı: Rusiya qoşunlarının üç komanda məntəqəsi məhv edilib
# 26 may 2023 21:01 (UTC +04:00)

Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası mayın 26-da Rusiya qoşunlarının şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə səkkiz zərbə endirib.

APA-nın məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının xülasəsində deyilir.

“Raket və artilleriya bölmələri üç komanda məntəqəsini, iki silah və hərbi texnikanın cəmləşdiyi ərazini, bir sursat anbarını, atəş mövqelərində iki artilleriya bölməsini, bir hava hücumundan müdafiə sistemini və Rusiya ordusunun digər mühüm hədəfini vurub”, - deyə Silahlı Qüvvələrin Baş Qərargahı bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR