Ukrayna SQ: Rusiya ordusu Xarkov istiqamətində müdafiəyə keçib

Ukrayna SQ: Rusiya ordusu Xarkov istiqamətində müdafiəyə keçib
# 07 iyun 2022 13:21 (UTC +04:00)

Rusiya Xarkov istiqamətində əsas səylərini işğal edilmiş ərazilərin sərhədlərinin saxlanılmasına və Ukrayna qüvvələrinin hücumunun qarşısının alınmasına yönəldib.

APA xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahının məlumatında belə qeyd olunub.

Bildirilib ki, Rusiya qoşunları Rubejnidə Ukrayna qüvvələrinin potensial hücum istiqamətinin uzaqdan minalanmasını həyata keçirir.

Əlavə olunub ki, Slavyansk istiqamətində Rusiya əsas səylərini İzyuma hücumun davam etdirilməsinə cəmləyib və Dolina istiqamətində hərəkət etməyə cəhd edir.

Məlumatda Rusiya qoşunlarının Bazilivka, Brajkivka və Qruşuvaxa yaşayış məntəqələri istiqamətindəki Ukrayna mövqelərini top atəşinə tutduğu, Ukrayna mövqelərinin aşkarlanması məqsədi ilə PUA-lardan istifadə etdiyi bildirilib.

Qeyd olunub ki, Donetsk istiqamətində artilleriya ilə yanaşı helikopter və təyyarələrdən istifadə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR