Ukrayna SQ Rusiya ordusunun yeni itkilərini açıqlayıb

Ukrayna SQ Rusiya ordusunun yeni itkilərini açıqlayıb
# 29 dekabr 2022 22:01 (UTC +04:00)

“Rusiyanın Ukraynada itkiləri yenidən artıb - Ukrayna hərbçilərinin Zaporojye vilayətinin Berdyansk yaxınlığındakı düşmən mövqelərinə endirdiyi zərbə nəticəsində onlarla rus əsgəri məhv edilib”.

APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir.

Bildirilir ki, Zaporojye vilayətinin Berdyansk rayonunda atışma zamanı 50-dən çox rus hərbçisi zərərsizləşdirilib.

Bundan əlavə, gün ərzində Ukrayna aviasiyası Rusiya ordusunun mövqelərinə 12 zərbə endirib.

Ukrayna artilleriyası gün ərzində Rusiya ordusunun 4 komanda məntəqəsini və 3 toplaşma rayonunu vurub”, - məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR