Ukrayna taxılını daşıyan ilk gəmi Odessa limanını tərk edib - YENİLƏNİB

Ukrayna taxılını daşıyan ilk gəmi Odessa limanını tərk edib - YENİLƏNİB
# 01 avqust 2022 10:47 (UTC +04:00)

Ukrayna taxılını daşıyan ilk gəmi limanı tərk edib.

APA xəbər verir ki, bu barədə Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov "Twitter"də bildirib.

“Rusiya təcavüzündən sonra Ukrayna taxılını daşıyan ilk gəmi limanı tərk edib. Bütün tərəfdaş ölkələrin və BMT-nin dəstəyi sayəsində biz İstanbulda imzalanmış Sazişi tam şəkildə həyata keçirə bildik. Qlobal qida təhlükəsizliyinin təminatçılarından biri olmaq bizim üçün vacibdir”, - nazir vurğulayıb.

***

10:20

“Taxıl daşınması sazişi” çərçivəsində ilk gəmi Livana getmək üçün Odessa limanından yola düşüb.

APA xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

***

09:19

“Taxıl daşınması sazişi” çərçivəsində qarğıdalı yüklü ilk gəmi saat Türkiyə vaxtı ilə 08.30-da Livana getmək üçün Odessa limanından yola düşəcək.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Milli Müdafiə Nazirliyindən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR