Ukrayna taxılını daşıyan "Sacura" quru yük gəmisi İtaliyaya gəlib

Ukrayna taxılını daşıyan "Sacura" quru yük gəmisi İtaliyaya gəlib
# 17 avqust 2022 04:59 (UTC +04:00)

Ukrayna taxılını daşıyan "Sacura" quru yük gəmisi İtaliyanın Ravenna limanına gəlib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu “Marine Traffic” gəmi izləmə xidmətinin çərşənbə günü yenilənmiş məlumatları sübut edir.

Ukrayna taxılını daşıyan “Sacura” quru yük gəmisi Bakı vaxtı ilə saat 01:15-də İtaliyanın Ravenna limanına çatıb.

Yük gəmisi avqustun 8-də Yujnı limanını tərk edib. Gəmidə 11 min ton soya var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR