Ukrayna Təhlükəsizlik Şurası: Rusiya gələn ay yeni hücuma hazırlaşır

Aleksey Danilov

© APA | Aleksey Danilov

# 28 yanvar 2023 11:35 (UTC +04:00)

"Heç kimə sirr deyil ki, Rusiya Silahlı Qüvvələri fevralın 24-nə kimi yeni hücum dalğasına hazırlaşırlar”.

APA xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov “Azadlıq Radiosu”na müsahibəsində qeyd edib.

O deyib ki, Rusiya ordusu genişmiqyaslı müharibənin ildönümünə qədər müəyyən nailiyyətlər əldə etmək istəyir.

Danilov əlavə edib ki, Rusiyanın qarşısında dayanan əsas vəzifə Luqansk və Donetsk vilayətlərinin sərhədlərinə tam nəzarətdir.

“Həmçinin Rusiya ordusu artıq bir həftədir ki, Zaporojye istiqamətində Ukrayna Silahlı Qüvvələrinin müdafiə imkanlarını araşdırmaq üçün kəşfiyyat aparır və həmin istiqamətdə qoşun toplayır. Buna baxmayaraq, Rusiya artıq müharibədə qalib gəlmək şansının sıfır olduğunu bilir”, - Danilov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR