Ukrayna uzaqmənzilli raketlərin tədarükü ilə bağlı Qərblə danışıqlar aparır

Mixail Podolyak

© APA | Mixail Podolyak

# 28 yanvar 2023 15:16 (UTC +04:00)

Rəsmi Kiyev Ukraynaya aviasiya texnikası və uzaqmənzilli raketlərin tədarük edilməsi ilə bağlı Qərb ölkələri ilə dinamik danışıqlar aparır.

APA xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak “Dom” telekanalına müsahibəsində deyib.

Siyasətçi hesab edir ki, Ukrayna hökuməti narazılıq ifadə etmək əvəzinə, zəruri silahların verilməsinin barədə hər gün açıq şəkildə müraciət etməlidir.

Qeyd edək ki, bu ilin yanvarın 26-da Ukrayna Prezidenti Vladimir Zelenski bir sıra Qərb ölkələrinin ölkəsinə tanklar göndərmək qərarını qəbul etməsindən sonra NATO-nun müasir döyüş təyyarələri və uzaqmənzilli raketlər göndərməsi üçün müraciət edib.

Həmçinin, Ukraynanın XİN rəhbəri Dmitri Kuleba da bəyan edib ki, bəzi Avropa ölkələri Kiyevə ABŞ istehsalı olan F-16 qırıcılarının verilməsi məsələsini gündəmə gətiriblər.

Xatırladaq ki, bu bəyanatlardan sonra 27 yanvar tarixində Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi rəsmi Vaşinqtonun Kiyev tərəfindən qırıcı təyyarələr, o cümlədən F-16-lar barədə müraciətlərini qəbul etdiyini, lakin bu məsələ ilə bağlı yeni qərarın olmadığını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR