Ukrayna və ABŞ kiçik modul reaktor tikməyi planlaşdırır

Ukrayna və ABŞ kiçik modul reaktor tikməyi planlaşdırır
# 13 noyabr 2022 15:31 (UTC +04:00)

Kiyev və Vaşinqton Ukrayna ərazisində kiçik modul reaktor tikməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə bazar günü Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova məlumat verib.

“Bu gün BMT-nin 27-ci İqlim Konfransı çərçivəsində ABŞ prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri və Ukraynanın energetika naziri Herman Qaluşenko Ukraynada kiçik modul reaktorun tikintisi üzrə pilot layihənin başlandığını elan ediblər” - o, bunları Facebook səhifəsində yazıb.

Markarovanın sözlərinə görə, pilot layihənin iştirakçıları Arqon Milli Laboratoriyasının beynəlxalq konsorsiumu, Ukraynanın Enerqoatom şirkəti, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası və Ukraynanın Nüvə və Radiasiya Təhlükəsizliyi üzrə Dövlət Elmi-Texniki Mərkəzidir.

Digər özəl tərəfdaşlara Clark Seed, Doosan Enerbility, FuelCell Energy, IHI Corporation, JGC Corporation, Samsung C&T Corporation və Starfire Energy daxildir.

Kiçik modul reaktorlar atom elektrik stansiyalarında quraşdırılanlardan daha zəif və kiçikdir. Onlar böyük atom elektrik stansiyaları tikmək mümkün olmayan yerlərdə quraşdırıla bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR