Ukrayna və Britaniya müdafiə nazirləri görüşüb

Ben Uolles, Oleksiy Reznikov

© APA | Ben Uolles, Oleksiy Reznikov

# 08 sentyabr 2022 15:04 (UTC +04:00)

Ukrayna müdafiə naziri Oleksiy Reznikov Britaniya müdafiə naziri Ben Uolleslə görüşüb.

APA xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri "Twitter"də bildirib.

Onun sözlərinə görə, görüş "Ramşteyn" hərbi hava bazasında keçirilən Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclası çərçivəsində baş tutub.

“Böyük Britaniyanın hərbi yardımı Ukrayna ordusunu ciddi şəkildə gücləndirir. İnanırıq ki, həqiqət və demokratiya tiranlıq üzərində qalib gələcək. Bizim tərəfdaşlığımız güclüdür və daha da güclənir”, - Reznikov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR